Putin qonşu ölkələrə səsləndi: "Düşünün"
04-03-2022 16:51 / Bu xəbər 866 dəfə oxundu
"Rusiyanın qonşu ölkələrə qarşı pis niyyəti yoxdur, onlara əlaqələri normallaşdırmaq barədə düşünməyə çağırıram".
"RIA Novosti" xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 4-də qonşu ölkələrə müraciətində deyib.
"Marşal Rokossovski" gəmisində Rusiya Federasiyasının bayrağının qaldırılması mərasimində çıxış edərkən o bildirib ki, Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirir, bundan sonra da yerinə yetirməkdə davam edəcək.
Onun sözlərinə görə, əgər kimsə əməkdaşlıq etmək istəmirsə, o, bu yolla özünə zərər vurur.
"Yekunda biz bundan faydalanacağıq, çünki dediyim kimi, əlavə bacarıqlara yiyələnəcəyik”, - deyə o bildirib.












