“Putin sistemini elə indicə dəyişmək lazımdır” - Rus müxalifətinin lideri
28-02-2016 01:02 / Bu xəbər 2030 dəfə oxundu
"Rusiyadakı bu hakim sistemi bütünlüklə dəyişmək lazımdır. Bunu elə indicə, təxirəsalmadan etmək lazımdır”.
Strateq.az bildirir ki, bu sözləri Rusiyanın müxalifət partiyası olan "Yabloko”nun lideri Qriqori Yavlinski Boris Nemtsovun qətlinin ildönümü ilə bağlı tədbirdə bəyan edib.
O, Dumaya qarşıdan gələn seçkiləri "çox mühüm” adlandırıb: "Bu dəyişikliyi seçki vasitəsilə etmək lazımdır. Xalqın siyasi iradəsi ortada olmalıdır. Bu seçkilər ölkənin gələcəyini müəyyən edəcək. Biz nə uğrunda mübarizə apardığımızı başa düşməliyik. Uğura nail olmalıyıq”, - deyə Yavlinski bildirib.
Onun sözlərinə görə, müxalifətin hədəfi aydın olmalıdır: "Başa düşürük ki, bizim əsas siyasi rəqiblərimiz Dumadakı "kardon ayaqlı” partiyalar, saxta şüvənçilər yox, Nemtsovu öldürənlərdir. Onlar əllərini ölkəmizin gələcəyinə uzadırlar. Onları dayandırmaq lazımdır!”
Arqument.Az












