Putin suallara cavab verir - CANLI YAYIM

Putin suallara cavab verir   - CANLI YAYIM

16-04-2015 14:58 / Bu xəbər 1245 dəfə oxundu

Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandırır. 

ANS PRESS-in məlumatına görə, Kreml rəhbəri Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verir. 

Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanır. 

Qeyd edək ki, ötən il prezidentlə canlı yayım 3 saat 55 dəqiqə davam edib. Bu müddət ərzində o 81 suala cavab verib. 

Ən uzun müddətli canlı yayım isə 2013-cü ildə qeydə alınıb.