Putin söz verdi
17-01-2014 16:11 / Bu xəbər 844 dəfə oxundu
Rusiya prezidenti Vladimir Putin bu qış Rusiyanın Avropanı qazla təmin edəcəyinə söz verib və onların təqsiri üzündən bu sahədə heç bir böhranın yaşanmayacağını bildirib.
Lent.az-ın məlumatına görə, Putin Ukrayna tərəfinin ixrac boru kəmərindən 2008-ci ildə olduğu kimi razılaşdırılmamış şəkildə qaz götürəcəyi təqdirdə, ixracdan götürülmüş qazın həcmi qədər ixtisar olunacağını qeyd edib.
Tranzit risklərinin aşağı salınması imkanlarını “Cənub axını” layihəsinin reallaşdırılmasında görən Rusiya Prezidenti layihənin icrasının siyasi mülahizələrə görə ləngidiyini də vurğulayıb.
Arqument.az












