Putin təyyarəni dənizdə batırmaq istədi, pilotlar onun arzusunu puç etdilər

Putin təyyarəni dənizdə batırmaq istədi, pilotlar onun arzusunu puç etdilər

28-12-2024 19:47 / Bu xəbər 715 dəfə oxundu


İvan Yakovina
NV-nin icmalçısı

Azərbaycan təyyarəsi ilə bağlı bu əhvalat nə qədər irəli getsə, Rusiya rəhbərliyi üçün bir o qədər klassik "qara qu quşu” xüsusiyyətlərini alır

Təyyarənin vurulduğuna artıq heç kim şübhə etmir. Bu barədə hətta "Z-hərbi müxbir”lər də yazır. Məncə, Rusiya hadisənin bu hissəsini etiraf etməyə hazır olardı. "Orada dronlar uçurdu, səhv ediblər, olur...” kimi bir şeylər deyilərdi. Lakin Moskvanın hazırda etiraf etməkdə ciddi çətinliklərlə üzləşdiyi bu süjetin daha vacib və çox pis, həqiqətən də, "adamyeyən” tərəfi var.

Təyyarəni pilotsuz uçuş aparatı əvəzinə raketlə vurduğunu, təyyarənin güclə havada qaldığını və qəzaya uğrayanda böyük qalmaqal olacağını anlayan Rusiya səlahiyyətliləri onu tez bir zamanda dənizdə batırmağa - təyyarədə hava hücumundan müdafiə atəşinin bütün izlərini gizlətməyə qərar verdilər. 

Düşünürəm ki, bu, öz cinayətinin təsadüfi şahidini öldürən psixopatik cinayətkarın instinktiv hərəkəti idi. Bu məntiqə "bütün izləri suda batırmaq” deyilir.
Buna görə də pilotlara Rusiyanın istənilən hava limanına enişi qadağan edilib.

Təyyarə Qafqaz dağlarından keçərək Azərbaycana qayıda, hidravlik nasazlığı səbəbindən hündürlüyə qalxa bilməyib, salonda təzyiq azalıb.

Ruslar layneri dənizə göndərdilər, sözün həqiqi mənasında ölümə. Amma pilotlar cəlladlarının "arzularını puç etdilər”. Onlar nəinki Qazaxıstana çatdılar, hətta təyyarəni elə endirməyə də nail oldular ki, sərnişinlərin yarısı sağ qaldı və bu insanlar hadisənin, həqiqətən, necə baş verdiyini danışa bilsinlər. Bir anlıq düşünsək, bu, sadəcə, bir möcüzədir.

İndi isə bu hekayənin əsas məqamı hətta Rusiya Silahlı Qüvvələrinin mülki təyyarəni vurması deyil (bu, təəssüf ki, adi hala çevrilib), Kremlin təyyarəni və hələ həyatda olan şahidləri Xəzərdə batırmaqla cinayəti ört-basdır etməyə çalışmasıdır.

Bunu artıq "faciəvi səhv” adlandırmaq olmaz. Moskvada kimsə qəsdən soyuqqanlılıqla Azərbaycan təyyarəsinin 68 sərnişinindən xilas olmaq əmri verib, onun qəzaya uğramasını quşlarla toqquşması ilə əlaqələndirib.

Kim belə bir əmr verə bilərdi? Kimin olduğu məlumdur. Rusiyada bunu etmək üçün kifayət qədər gücə və səlahiyyətə malik yalnız bir şəxs var: Vladimir Putin.

İndi də o, belə vəziyyətlərdə həmişəki kimi gizləndi, sakitcə oturub və gözləyir. 

Bu arada, onun adamları aşağı səviyyədə məsələləri həll etməyə çalışırlar. Kiminləsə danışıq aparmaqla, kimisə qorxutmaqla, kiməsə pul təklif etməklə. Amma nədənsə bunun bi formada həll olunacağına şübhə edirəm.

Hekayə hətta müasir rus standartlarına görə çox vəhşicəsinə oldu. Azərbaycan indiyə qədər özünü tamamilə düzgün aparır. O, Çeçenistandan istənilən "yardımı” (əminəm ki, rüşvət nəzərdə tutur) qəbul etməkdən imtina edib, təqsirin etiraf edilməsini, Rusiyadan üzr istənilməsini və təzminat tələb edib.

Elə alındı ki, bu gün (yazı dünən dərc edilib-red.) Moskvada Rusiya hava hücumundan müdafiə qüvvələrinin Santa Klausu Rusiya səmasında necə vuraraq öldürməsi ilə bağlı dəhşətli video yayımladılar. Bunu qəsdən uydurmaq belə olmazdı, amma bu, həqiqətdir.

Qazaxıstan, Azərbaycan, İsrail və BƏƏ vurulan təyyarəyə görə məsuliyyəti boynuna alana və öz ərazisi üzərində öz təyyarələrinin təhlükəsizliyinə zəmanət verənə qədər Rusiyaya uçuşları ləğv edir.

Əslində, bu zəmanətlər Rusiyanın Ukrayna pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə raketlərindən təyyarələrin hərəkəti üçün qapalı olmayan ərazilərdə istifadə etməkdən imtina edəcəyi anlamına gələcək.

Onlar Putinə deyirlər: "Sizin Ukrayna sərhədinin bütün perimetri boyunca Rusiya üzərində uçuşa qadağa zonası var. Biz ona hörmət edirik, ora uçmuruq. Orada kimə istəyirsən, necə istəyirsən vur: bizi maraqlandırmır. Lakin siz özünüz beynəlxalq sərnişin uçuşlarına icazə verdiyiniz ərazi üzərində hava hücumundan müdafiə raketlərinin müntəzəm atışlarını dayandırmağa borclusunuz. Əks halda biz sizə uçmayacağıq, təyyarələrinizin bizə gəlməsinə icazə verməyəcəyik”.

Kreml üçün bu, çətin şərtdir. Əgər bu həyata keçirilərsə, demək olar ki, Rusiyanın bütün ərazisi Ukrayna PUA-larının zərbələri üçün açıq olacaq. Əgər həyata keçirilməsə, bütün dünya ilə onsuz da zəif olan aviasiya əlaqəsi yox olacaq.

Görünür, Putinə Yeni ilə qədər bu barədə düşünmək üçün vaxt verilib. Bundan sonra Rusiya Federasiyası ilə hava hərəkəti dayandırılacaq.

Azərbaycan təyyarəsi ilə bağlı bu hadisə nə qədər irəli getsə, Rusiya rəhbərliyi üçün bir o qədər klassik "Qara qu quşu” xarakteristikasını alır. Bu hadisənin inkişafının hər mərhələsində ona Kreml üçün getdikcə daha çox problemlər əlavə olunur ki, bunu da başlanğıcda heç kim gözləmirdi: 

— Dronlardan müdafiə olunurdular, nəticədə sərnişin təyyarəsini vurdular.
— Problemdən qaçmaq üçün təyyarəni dənizdə batırmağa qərar verdilər, lakin o, aerodroma çatdı və mətbuat "izləri batırmaq” planından xəbər tutdu.
— Onlar bütün hadisəni tez və sakitcə susdurmaq istədilər, lakin beynəlxalq qalmaqal baş verdi və üzr istənilməsi tələb edildi.
— Onlar günahlarını etiraf etməkdən imtina etdilər və xarici dünyaya hava səyahətindən məhrum edildilər.

Bu hadisənin inkişafının hazırkı mərhələsində Putin belə vəziyyətə düşüb ki, "dost" ölkələr ona təzyiq edərək Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının məhv edilməsindən tamamilə imtina etməsini tələb edirlər. 

O bununla razılaşmasa, Rusiya özünü dünyadan təcrid olunmuş vəziyyətdə görəcək. Razılaşsa, dronlar Moskva və Rublyovka da daxil olmaqla bütün Rusiyanı parçalayacaq. Hər iki variant çox pisdir.

Hər şey Qroznıda hansısa bir çavuşun "Pantsir-S1” hava hücumundan müdafiə raket sisteminin "idarəetmə panelinə barmaq eləməsi" ilə başladı.

Yeri gəlmişkən, hesab edirəm ki, bu, hələ hekayənin sonu deyil...

Mənbə: New Voise