Putin və Ərdoğan ilin sonunadək daha bir dəfə görüşəcək
24-09-2015 01:03 / Bu xəbər 1226 dəfə oxundu
Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Rusiya-Türkiyə Yüksək Şurasının toplantısını keçirəcəklər.
Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"İlin sonunadək Yüksək Şura toplaşacaq. Putin və Ərdoğan bir daha görüşəcək və saatlarını yenidən tutuşdurmaq imkanı qazanacaqlar” – deyib Peskov.
Qeyd edək ki, Moskvada bugünkü görüşdən sonra Rusiya lideri Türkiyə ilə ikitərəfli əlaqələrin inkişafından razı qaldığını bildirib.
Arqument.Az












