Putin və Makron Qarabağdan danışıblar

Putin və Makron Qarabağdan danışıblar

21-12-2021 19:29 / Bu xəbər 1010 dəfə oxundu

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər regional məsələləri müzakirə ediblər.

Onlar Qarabağda vəziyyətin sabitləşməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.

"Prezidentlər, həmçinin Avropadakı sabitlik və təhlükəsizlik barədə danışıblar. Bu kontekstdə Rusiya və ABŞ arasında təhlükəsizlik təminatları haqqında müqavilə layihəsinə və Rusiya və NATO-ya üzv dövlətlər üçün təhlükəsizlik tədbirləri haqqında sazişə üstünlük verilib. Vladimir Putin Rusiya diplomatiyasının bu mövzuda gördüyü işlər barədə məlumat verib”- məlumatda bildirib.("Report”)