Putin və Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını müzakirə ediblər

Putin və Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını müzakirə ediblər

22-01-2022 21:54 / Bu xəbər 760 dəfə oxundu

Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Nikol Paşinyanla telefon danışığı olub. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, telefon danışığı zamanı Azərbaycanla sərhədlərin delimitasiyası müzakirə edilib: "Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit edilmiş razılaşmaların reallaşdırılmasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib".

Müzakirə zamanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətt iilə işin davam etdirilməsinin məqsədəuyğunluğu da qeyd edilib.