Putindən ABŞ-ı şoka salan həmlə

Putindən ABŞ-ı şoka salan həmlə

14-01-2015 15:44 / Bu xəbər 1577 dəfə oxundu

Putindən ABŞ-ı şoka salan həmlə; Psaki açıqlama verdi...

ABŞ Dövlət Departamentinin sözçüsü  Psaki, Belarusun paytaxtı Minskdə əldə olunan atəşkəsin başlamasına saatlar qalmış , rus ordusunun Ukrayna hədəflərini bombalamaq üçün Debostavaya çox sayda top, raket batareyası və havadan  müdafiə sistemləri gətirməsindən  narahatlıq duyduqlarını açıqlayıb. 

Avropa.info xəbər verir ki, mətbuat konfransında  jurnalistlərin suallarını cavablandıran Psaki, Şərqi Ukraynada  təmas xəttində toqquşmaların davam etdiyini qeyd bildirib.

Atəşkəs ərəfəsində bu qarşıdurmaların baş verməsini pis hal kimi  kimi qiymətləndirən Psaki, son bir neçə gün ərzində Rusiya sərhədindən çox sayda ağır silah və sursat keçdiyini iddia edib.

"Rus ordusu Ukrayna hədəflərini bombalamaq üçün Debostavaya çox sayda top və raket batareyasını cəlb edib . Bu sursatın separatçılara aid olmadığından və rus ordusuna aid olduğuna əminik. Rus ordusu eyni zamanda Debostava yaxınlarına hava müdafiə sistemləri yerləşdirib. Bunların da separatçılara deyil, rus ordusuna aid olduğundan əminik." 

Bütün bu məlumatların  hər hansı bir dövlət və ya qrupdan almadığını  deyən  Psaki, ABŞ-ın öz xüsusi xidmət orqanlarından aldıqlarını deyib.

Qeyd edək  ki, Rusiya prezidenti Vladimir Putin, Almaniya baş naziri Angela Merkel, Ukrayna Dövlət Başçısı Pyotr Poroşenko və Fransa Prezidenti Fransua  Oland  iki gün öncə,  Belarusun paytaxtı Minskdə bir araya gəlmiş gələrək atəşkəs razılaşması əldə ediblər.

Arqument.Az