Putindən ərəbləri şoka salan qərar

Putindən ərəbləri şoka salan qərar

13-04-2015 23:36 / Bu xəbər 1086 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır",  - məlumatda belə deyilir.

Rusiya 2010-cu ildə BMT Təhlükəsizlik Şurasının sanksiyaları çərçivəsində S-300 zenit-raket sistemini İrana satmaqdan imtina etmişdi.//anspress