Putinin bu hərəkəti Çini qarışdırdı - VİDEO

Putinin bu hərəkəti Çini qarışdırdı   - VİDEO

11-01-2014 18:45 / Bu xəbər 920 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Pekin şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində Çin lideri Şi Cinpinginin həyat yoldaşı Peng Liyuana göstərdiyi centlemen davranışı Çində günün mövzusu olub. 

AzNews.az xəbər verir ki, APEC sammitinin açılışında 21 ölkədən tədbirə qatılan lider və onların həyat yoldaşları protokola görə yerlərini tutub. 

Rusiya prezidenti Putin Çin lideri Cinpinginin həyat yoldaşı Liyuan ilə yanaşı oturub.

Qonaqlar yerlərinə oturduqdan qısa bir müddət sonra havanın sərin olduğunu hiss edən Putin yerindən duraraq Peng Liyuanın kürəyini adyalla örtüb.

Putinin centlemen davranışını rədd etməyən Liyuan ona minnətdarlıq edib, ancaq dərhal sonra o, Çin protokol işçilərinin uzatdığı pencəyi geyməyi üstün tutub.

Çin mediası Avropada etik qaydalarına görə son dərəcə normal sayılan, ancaq Çin üçün qəbul edilməyən bu davranışı birmənalı qarşılamayıb.

Qeyd edək ki, Putin bir vaxtlar Almaniya kansleri Angela Merkelə qarşı da belə centlemen hərəkət etmişdi.