Putinin Əliyev və Ərdoğanla danışmasına ehtiyac yoxdur – Peskov
06-10-2020 14:59 / Bu xəbər 1364 dəfə oxundu
Rusiya prezidenti Vladimir Putin Əliyev və Ərdoğanla danışmayıb, amma başqa səviyyədə əlaqələrdə saxlanılır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, heç də o demək deyil ki, Rusiyanın işgüzar əlaqələrdə hansısa problem var”, - deyə Peskov jurnalistlərə bildirib.
Qarabağ münaqişəsi başladığı andan etibarən Putinin Ermənistan baş naziri Nikol Paşinyanla 3 dəfə danışmasının, Türkiyə və Azərbaycan prezidentiləri – Tayyip Ərdoğan və İlham Əliyevlə isə bir dəfə belə danışmamasının səbəbi barədə suala cavabda o deyib:
"Bu, prezidentlərin iş qrafiklərindən və məqsədəuyğunluqdan asılıdır”, - "RİA-Novosti" Peskovdan sitat gətirir.
Peskovun sözlərinə görə, Qarabağ münaqişəsi mövzusunda Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu, elə Rusiya-Ermənistan dialoqu da yüksək səviyyədə və daimi aparılır.
"Turan" İA












