Putinin sözçüsü Azərbaycan hakimiyyətini təriflədi
30-03-2021 14:54 / Bu xəbər 1428 dəfə oxundu
Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı və yaxşı münasibətlərimiz var.
Bu sözləri martın 29-da Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Arqumetı i faktı” qəzetinə müsahibəsində deyib.
Peskov qeyd edib ki, bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri var, o həmçinin Rusiyanın Ermənistanla da yaxşı tarixi münasibətlərinin olduğunu əlavə edib.
"Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr istisna olmaqla keçmiş sovet respublikaları ilə praktiki olaraq çox yaxşı münasibətimiz var”, - deyə Peskov bildirib.
Kremlin sözçücü açıqlamasında növbəti dəfə vurğuayıb ki, Dağlıq Qarabağda müharibənin dayandırılmasında Vladimir Putinin şəxsi rolu var və bunu hamı yadda saxlamalıdır.(toplum.tv)












