Putinin sözçüsü Azərbaycan hakimiyyətini təriflədi

Putinin sözçüsü Azərbaycan hakimiyyətini təriflədi

30-03-2021 14:54 / Bu xəbər 839 dəfə oxundu

Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı və yaxşı münasibətlərimiz var.

Bu sözləri martın 29-da Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Arqumetı i faktı” qəzetinə müsahibəsində deyib. 

Peskov qeyd edib ki, bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri var, o həmçinin Rusiyanın Ermənistanla da yaxşı tarixi münasibətlərinin olduğunu əlavə edib. 

"Gürcüstan, Ukrayna və Baltikyanı ölkələr  istisna olmaqla keçmiş sovet respublikaları ilə praktiki olaraq çox yaxşı münasibətimiz var”, - deyə Peskov bildirib.

Kremlin sözçücü açıqlamasında növbəti dəfə vurğuayıb ki, Dağlıq Qarabağda müharibənin dayandırılmasında Vladimir Putinin şəxsi rolu var və bunu hamı yadda saxlamalıdır.(toplum.tv)