Putinin sözçüsü: "Rusiyaya qarşı heç vaxt belə iqtisadi müharibə olmayıb"
10-03-2022 19:08 / Bu xəbər 687 dəfə oxundu
"Rusiyaya qarşı heç vaxt belə iqtisadi müharibə olmayıb. Bunun bənzəri yoxdur. Vəziyyət tamamilə misilsizdir, qiymət artımı ilə bağlı proqnozlar verməyə dəyməz, mənfi nəticələrin və gələcək risklərin azaldılması üçün tədbirlər görülməlidir. Ümumiyyətlə, vəziyyəti proqnozlaşdırmaq çox çətindir”.
Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskovun sözlərinə görə, indi proqnoz vermək yox, hərəkətə keçmək lazımdır ki, mənfi nəticələri və gələcək riskləri minimuma endirilsin.
O, jurnalistlərin həftəlik 2,22% inflyasiyanın son hədd olub-olmamasıyla bağlı sualını cavabsız qoyub: "Bu sualı cavabsız qoyacağam, çünki indi nəyisə proqnozlaşdırmaq çox çətindir. Bu daha çox qəhvə falına baxmaqdır, çünki vəziyyət tamamilə görünməmiş şəkildədir".
Putinin mətbuat katibi əlavə edib ki, Rusiyanın ona qarşı iqtisadi müharibə aparan ölkələr üçün investisiya cəlbediciliyi azalır.
O həmçinin qeyd edib ki, Rusiya digər ölkələr üçün hələ də əsas əməkdaşlardan biri olaraq qalır, çünki bazar boşluğa dözmür.
"Ölkəni tərk edən şirkətlərin aktivləri Rusiya tərəfindən müsadirə ediləcəksə, Vaşinqtonun cavabı nə olacaq?" sualına Peskov belə cavab verib: "Nəticələr hər iki tərəf üçün qarşılıqlı mənfi olacaq".












