Putinin xərçəng xəstəsi olması təkzib edildi
29-01-2014 15:50 / Bu xəbər 793 dəfə oxundu
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin ağır xəstə olması ilə bağlı Qərb mətbuatında yer alan məlumatları təkzib edib.
APA-nın məlumatına görə, D. Peskov Rusiya prezidentinin səhhətində problemin olmadığını bildirib.
“Onlar bu günü görməyəcəklər. Hər şey yaxşıdır”, - deyə o vuğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə “New York Post” qəzeti V. Putinin mədəaltı vəzi xərcəngi xəstəliyindən əziyyət çəkməsi barədə məlumat yayıb.
Arqument.Az












