Putinin yeni dəniz doktrinası: NATO və ABŞ əsas təhlükə kimi göstərilir

Putinin yeni dəniz doktrinası: NATO və ABŞ əsas təhlükə kimi göstərilir

01-08-2022 14:11 / Bu xəbər 951 dəfə oxundu

Prezident Vladimir Putin Rusiya Federasiyası dəniz doktrinasının təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Radio Svoboda"-nın məlumatına görə, fərman bazar günü, iyulun 31-dən qüvvəyə minib. 

Sankt-Peterburq və Kronştadtda hərbi dəniz paradını qəbul edən Putin sənəddə "Rusiyanın milli maraqlarının sərhədləri və zonaları”nın göstərildiyini bildirib. 

Buraya Arktika suları, Qara, Oxot və Berinq dənizlərinin suları, Baltik və Kuril boğazları daxildir.

Sənəddə milli təhlükəsizliyə əsas təhdidlər kimi NATO-nun fəallığının artması, ABŞ-ın Dünya Okeanında hökmranlıq etməyə can atması, bir sıra dövlətlərin Moskvaya qarşı ərazi iddiaları, habelə dəniz fəaliyyətinin effektivliyini azaltmaq üçün Rusiyaya qarşı yönələn informasiya və hərbi təzyiqlər göstərilib. 

Dəniz doktrinası ilk dəfə 2001-ci ildə qəbul edilib. 

Sənəd sonuncu dəfə 2015-ci ilin yayında Krımın ilhaqı və NATO-nun genişlənməsi fonunda yenilənmişdi.