Qabaq bir Prezident tapmışdılar, sağdan da döşəyirdilər, soldan da...

Qabaq bir Prezident tapmışdılar, sağdan da döşəyirdilər, soldan da...

08-07-2020 17:22 / Bu xəbər 1597 dəfə oxundu

Nizami Bağırov

Sonra bir deputat tapdılar, sağdan da vurular, soldan da...

İndi də heç bir çəkisi olmayan TƏBİB-i tapıblar, bunu artıq soldan, sağdan, altdan, yuxardan vururlar, gedir... Belə çox rahatdır, tənqid edən də olur qəhraman. Hamısı da razı, əl çalır:" Bravo, maestro", - deyirlər. Əslində bu yazıda heç bir həqiqət deyilməyib. Buna deyirlər: rahat, təhlükəsiz "Russkoyazıçnıy podxod”.

Nəzərinizə çatdırım ki, TƏBİB Operativ Qərargahın üzvlərindən biridir və heç də son sözü deyən orqan deyil. Qurbanlıq qoyundur. Operativ Qərargah Nazirlər Kabinetinin yanında yaradılan bir qurumdur, başçısı Baş Nazir, sözçüsü isə Almaniyanı dağıdan jurnalist...

Siz bir jurnalist kimi Səhiyyə Nazirimizi nə vaxt görmüsünüz? Nə vaxt ondan öz işinin görülməsini tələb etmisiniz? Səhiyyə Nazirliyi "yox” kimi olanda, əlbəttə ki, "kto-to doljen rasxlebıvat eto qovno”.

Gedək "dalşe”…

Siz Səhiyyə Nazirimizi narahat etmədən soruşun Ramin Bayramlıdan: hanı bizim 44 minlik çarpayı ehtiyyatımız? Soruşun ondan heç olmasa, hər 1000 çarpayıya suyu olan bir tualet düşürmü? 

Mənə deyin görüm nə vaxt Maliyyə Nazirliyi pul ayırdı ki, həkimlərə əlavələr ödənilmədi? Ax TƏBİB, ax TƏBİB…

Bilək görək:

Bəlkə, aztəminatlı ailələrə pulu TƏBİB vermir?

Bəlkə, bisnesə yardımın qabağını TƏBİB alıb, xəbərimiz yoxdur?

Yəqin, iş icazələrini də TƏBİB ləğv edib portaldan...

Hələ mən TƏBİB-in xod gedən hotellərə yay kampaniyasının təşkilini demirəm..

İndi bildim ki, virusla mübarizədə zəruri olan dərmanların monopoliyası da TƏBİB-dədir, qiymətlərini qaldırıb kəllə-çarxa… Ax yaramazlar..

Deməmiş Yasamalda camaatı şil-küt etmə əmrini də şəxsən Ramin Bayramlı verib… Sizdə buna: "Molodes!molodes!, - qışqırmısınız.

Yadımdan çıxmamış onu deyim: banklara "”camaata min” göstərişini də Ramin Bayramlı verib biləsiniz. İnanın mənə Mərkəzi Bankla və İqtisadiyyat Nazirliyi buna öz narahatlıqrlarını bildirərək qəti etiraz ediblər. Amma TƏBİB-in qabağında duruş gətirə bilməyiblər. 

O ki qaldı danlağa, o danlağı birinci şəxslərdən tutmuş "basseyn"də kayf tutan teleaparıcıdan da görürük...

”Priçom tut”, TƏBİB?

Deyirəm, TƏBİB-də fərasətə bax e, aləmi vurub bir birinə... Heç utanmır, heç xəcalətdə çəkmirlər..

Ay Ramin qardaş, hamı bütün səhvlərini etiraf edib, bir sən qalmısan. Tök daşı ətəyindən, bir etiraf elə görək. Sənə artıq pis baxırlar. Bax gör artıq baş epidemioloq da istefa verdi..

Bir sözlə, cənablar və xanımlar, gəlin "koşka-mişka” oynamayaq, nala-mıxa vurmayaq. Necə var onu deyək. Hərdən də "zri v koren” edək..

P.S. TƏBİB, gördün səni müdafiə edirəm. İndi məni burax brifinqə, ürəyim doludur. O qədər deyiləsi sözüm var ki...
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.