Qaçqınlar Suriyaya qayıdır

Qaçqınlar Suriyaya qayıdır

12-10-2019 17:44 / Bu xəbər 3258 dəfə oxundu

Ötən gün ərzində 1,6 min nəfərə yaxın suriyalı qaçqın İordaniya və Livandan vətəninə qayıdıb.
 
Bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bildirilib.

Məlumatda qeyd olunub ki, ötən sutka ərzində xarici ölkələrdən Suriyaya 1 598 qaçqın qayıdıb, o cümlədən 890 nəfər Livandan (267 qadın, 454 uşaq) və 708 nəfər İordaniyadan (212 qadın, 361 uşaq) vətəninə dönüb.

Ümumiyyətlə, 2018-ci ilin iyul ayının 18-dən xarici ölkələrdən Suriyaya 434 mindən çox qaçqın qayıdıb. Onlardan 137 mindən çoxu Livandan, 296 mindən çoxu isə İordaniyadan olub.

Bundan başqa, Suriyanın mühəndis bölmələri gün ərzində 2,6 hektar ərazini minalardan təmizləyib, mütəxəssislər tərəfindən isə partlayış təhlükəsi olan 41 əşya ləğv edilib.