Qarabağ sülhməramlıları Ukraynada əsir düşüblər

Qarabağ sülhməramlıları Ukraynada əsir düşüblər

10-03-2022 11:51 / Bu xəbər 929 dəfə oxundu

Ukraynada 300-ə yaxın Rusiya hərbiçisi əsir düşüb.

Bu barədə Prezident Administrasiyasının müşaviri Aleksey Arestoviç bildirib.

"Əsirlər arasında Suriyada döyüşənlər də, Dağlıq Qarabağa daxil olan "sülhməramlılar" da, buna qədər Donbasda döyüşənlər də var", - deyə o qeyd edib.

Beləliklə, sülhməramlıların bir hissəsinin Qarabağdan Ukraynaya göndərildiyi haqqında qeyri-rəsmi məlumatlar təsdiqini tapıb.(turan)