Qarabağda xidmət edən tibbi heyətin ezamiyyət pulları niyə ödənilmir?

Qarabağda xidmət edən tibbi heyətin ezamiyyət pulları niyə ödənilmir?

24-08-2023 11:52 / Bu xəbər 782 dəfə oxundu

Mərkəzi Hərbi Klinik Hospitalının tibb hissə rəisi, Vüqar Mürsəlovun Qarabağda – ön xəttə xidmət edən tibb heyətinə ezamiyyə haqlarının ödənilməsinə əngəl yaratdığı bildirilir. 

Bu barədə sosial mediada yayılan məlumatlarda qeyd bildirilir.

Şikayətçilər deyirlər ki, Vüqar Mürsəlov Qarabağda xidmət edən, Bakıya "Papanin Hospitalı”na xəstə (əsgər) daşıyan tibbi heyətin ezamiyyə vərəqələrinə möhür vurmur. Bunun səbəbəbini də izah etmir. Yalnız sürücülərə ezamiyyəhaqqı ödənilir.

Bildirilir ki, bundan başqa, ezam olunan tibb heyət üzvlərinin hər birindən qaldıqları hər günə görə maaşlarından 10 manat pul tutulur. 

"Əgər xidməti vəzifəsini yerinə yetirərək hospitala xəstə aparan tibbi heyət (tibb bacısı, həkim və sair) 3 günlük ezam olunubsa, bu o deməkdir ki, ayın sonunda 30 manat onların maaşlarından tutulur. Bu da ön xəttə xidmət edən tibb məntəqələri heyəti tərəfindən haqlı narazılıqla qarşılanır. Artıq "Papanin hospitalı”nın adı gələndə hər kəs başını götürüb hərbi hissədən uzaqlaşır. Heç kim Mərkəzi Klinik Hospitalına xəstə aparmaq istəmir", - deyə "aztoday.az"da yayılan məlumatda qeyd olunur. 

Bildirilir ki, tibb hissə rəisi V. Mürsəlov bunu məqsədli şəkildə edir. 

"Arqument.az"a mövzu ilə bağlı Mərkəzi Hərbi Klinik Hospitalından və Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib. 

Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. 

Ezamiyyə haqqı ezam olunan (göndərilən) işçilərə verilən gündəlik, xərc vəsaitidir.