Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu
09-09-2021 13:23 / Bu xəbər 1546 dəfə oxundu
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni komandan təyin olunub.
Bu posta Mixail Kosobkov təyinat alıb.
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağda yerləşən Rusiya sülhməramlılarının yeni rəhbəri, general-mayor Mixail Kosobokovu qəbul edib.
Bu barədə sentyabrın 9-da Ermənistanın Müdafiə Nazirliyi məlumat verib.
Görüş zamanı Rusiyanın Ermənistandakı 102-cı hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarovun da iştirak etdiyi bildirilir.
Arşak Karapetyan regiondakı hərbi-siyasi vəziyyətin stabilləşməsindəki səylərinə görə Rusiya tərəfinə təşəkkür edib və qeyd edib ki, sülhməramlı missiya Qarabağda uğurla fəaliyyət göstərir.
"Müdafiə naziri Mixail Kosobokovu yeni vəzifəsi münasibətilə təbrik edib və ona sülh yaratma işində uğurlar arzulayıb", - deyə məlumatda qeyd olunub.(toplum.tv)













