Qarabağdakı sülhməramlılara yeni komandanın təyin olunduğu bildirilir
01-09-2023 00:29 / Bu xəbər 879 dəfə oxundu
Aleksandr Lentsovu Kirill Kulakovun əvəzlədiyi deyilir
General-mayor Kirill Kulakovun Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı təyin edildiyi bildirilir.
Bu barədə "Azadlıq” radiosunun erməni xidməti ("Azatutyun”) məlumat yayıb.
Məlumata görə, 54 yaşlı Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Bu ilin aprelindən general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı olub.
Ondan əvvəl bu vəzifədə general Andrey Volkov, sülhməramlı kontingent yerləşdiriləndə isə general Rüstəm Muradov komandan olub.
Rusiya sülhməramlı kontingenti II Qarabağ müharibəsinin nəticəsində imzalanmış 10 noyabr Bəyannaməsinə əsasən Qarabağda yerləşdirilib.