“Qarabağ”la “Neftçi”nin Avropa macərası davam edir

“Qarabağ”la “Neftçi”nin Avropa macərası davam edir

29-07-2022 01:33 / Bu xəbər 1115 dəfə oxundu

UEFA Konfrans Liqasında bu gün ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Macarıstanda keçirilən ilk oyunda "Fəhervar”a 1:4 hesabı ilə uduzan "Qəbələ” cavab görüşündə qələbə qazanıb. Amma Qəbələdəki matçda əldə olunan 2:1 hesablı qələbə "Qəbələ”nin Konfrans Liqasında mərhələ adlamasına bəs etməyib.

"Neftçi” Bakıda Kipr "Aris”i ilə üz-üzə gəlib. Kiprdəki oyunda 0:2 hesabı ilə uduzan Bakı təmsilçisini cavab oyununda ən azı üç top fərqi ilə qələbə qane edirdi. Əks halda, "Neftçi” Konfrans Liqasında mübarizəni dayandırmalı olacaqdı. "Ağ-qaralar” 3:0 hesablı qələbə qazanmaqla, növbəti mərhələyə vəsiqə əldə edib.

"Zirə” isə İsraildə Təl-Əviv "Makkabi”sinin qonağı olub. Bakıda rəqibinə 0:3 hesabı ilə uduzan "Zirə” səfərdə qolsuz heç-heçə edib. Bu isə komandanın Konfrans Liqası ilə vidalaşması deməkdir.

Beləliklə, Azərbaycan klublarından "Qarabağ” Çempionlar Liqasında, "Neftçi” isə Konfrans Liqasında yoluna davam edir.