Qaxda qanunsuz ovçuluqla məşğul olan ərəb turistlər cərimələndi

Qaxda qanunsuz ovçuluqla məşğul olan ərəb turistlər cərimələndi

22-03-2021 00:17 / Bu xəbər 1535 dəfə oxundu

Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ərəb ölkələrindən gələn turistlərin Qaxın Acınohur ərazisində qanunsuz ovçuluq etmələri ilə bağlı açıqlama verib. 

O, "Report"a bildirib ki, ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub. 

Bir gün əvvəl ekoaktivist Cavid Qara özünün "Ecofront" "Feysbuk" hesabında ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun Acınohur ərazisində çadır qurduqları və əyləncə məqsədilə dronlara göyərçinləri bağlayıb şahinlərə yem etdiklərini canlı yayımda paylaşmışdı.