Qazaxın icra başçısı dövlətə məxsus binaları satır?

Qazaxın icra başçısı dövlətə məxsus binaları satır?

10-05-2021 23:29 / Bu xəbər 4205 dəfə oxundu

Qazaxın icra başçısı Rəcəb Babaşov yerli qurumlarının inzibati binalarını isə müxtəlif iş adamlarına satır. 

Bu barədə hit.az məlumat yayıb. 

Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin binası "Abu-Life” Ticarət Mərkəzinin sahibinə satılıb. 

Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var. Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. 

İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb, amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.

Məsələ ilə bağlı Rəcəb Babaşovdan münasibət almaq mümkün olmayıb.

O, 2016-cı ildən bu vəzifədədir.