Qazaxıstanda Ümummilli Matəm Günü elan edilib

Qazaxıstanda Ümummilli Matəm Günü elan edilib

09-01-2022 14:31 / Bu xəbər 604 dəfə oxundu

"Ölkənin bir sıra bölgələrində baş vermiş faciəli hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 10 yanvar 2022-ci il tarixdə ümummilli matəm günü elan edilməsi barədə qərar qəbul edib.

Müvafiq Fərman Akordanın (Prezidentin iqamətgahı - Ağ ordudu) saytında dərc olunacaq", - deyə onun mətbuat katibi Berik Uali bildirib.