“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb

“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb

19-04-2022 00:37 / Bu xəbər 3204 dəfə oxundu

Vladislav Avayevin arvadını və qızını öldürdüyü iddia edilir

"Spektr”in materialı

Moskvada "Qazprombank”ın sabiq vitse-prezidenti Vladislav Avayev, arvadı və qızı öldürülmüş halda tapılıb. 

Bu haqda ilk əvvəl polisə istinadən "Baza” teleqram-kanalı xəbər verib.

Bildirilir ki, qətlə yetirilənləri qohumları aşkarlayıb. Belə ki, o, bundan əvvəl onlara dəfələrlə zəng vursa da, cavab verən olmayıb. 

Böyüklərin meyiti bir, uşağınkı isə digər otaqda aşkarlanıb. 

Polisin ilkin versiyasına görə, 51 yaşlı Avayev tapança ilə 47 yaşlı arvadı Yelena və 13 yaşlı qızı Mariyanı vurub, daha sonra özünə qəsd edib. Çünki silah onun əlində olub. 

Moskva üzrə İstintaq Komitəsindən Moskvanın qərbində mənzildə odlu silahla qətlə yetirilmiş kişi, qadın və uşaq meyitinin aşkarlanması xəbərini təsdiqləyiblər. 

Hadisə yerinə komitə rəhbəri Andrey Strijkov və müavini Sergey Yaroş gedib. Olayla bağlı cinayət işi açılıb.

Müstəntiqlər "Baza” kanalında önə çəkilən versiyanı təsdiqləyiblər. 

Prokurorluq həmçinin Universitet prospektində baş vermiş qətl hadisəsini təsdiqləyir. 

Vladislav Avayev "Qazprombank”ın ilk vitse-prezidenti, RF maliyyə-iqtisadi Mərkəzi idman klubunun himayə şurasının üzvü olub. 

Daha sonra "RT-karbon” şirkətinə rəhbərlik edib.