Qəbələdə küçələrin birinə generalın adı veriləcək

Qəbələdə küçələrin birinə generalın adı veriləcək

30-07-2020 16:06 / Bu xəbər 1884 dəfə oxundu

Prezident İlham Əliyev şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi barədə tapşırıq verib.

Bu barədə "Report” məlumat yayıb.

Prezident Qəbələyə səfəri zamanı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə veriliməsi tədbirində iştirak edib.

Xatırladaq ki, general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. 

O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.