Qədiməli Əhmədin “Öz məsafəndə" kitabı işıq üzü gördü - FOTO
27-06-2020 22:47 / Bu xəbər 2370 dəfə oxundu
Şair Qədiməli Əhmədin "Öz məsafəndə” adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Bu barədə Qədiməli Əhməd Arqument.az-a deyib.
Kitabda əsasən müəllifin son illərdə qələmə aldığı şeir nümunələri toplanıb.
Kitab "UniPrint” nəşriyyatı tərəfindən nəşr olunub.
Kitabın redaktoru şair Ağacəfər Həsənlidir.
Qədiməli Mahmudəli oğlu Ağayev 1957-ci ilin avqust ayının 27-da Lerik rayonunun Şivlə kəndində ziyalı ailəsində anadan olub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Ötən əsrin 80-ci illərində bədii yaradıcılığa başlayan müəllifin indiyə qədər "Talış dilində işlənən önlüklərin Azərbaycan dilində ifadə vasitələri”(elmi), "Xatirəyə dönmüş illərin hekayəti”(roman), "Hara tələsirsən, durna qatarı”(şeirlər və poemalar), "Tənha kölgə” (şeirlər və poemalar),, "Dünyamın dünyası”(şeirlər və poemalar), "Bəyaz saçların yaşıl işığında”(publisistika-həmmüəllif), "Elm və zəka işığında”(publisistik-həmmüəllif), "Cəza saatları” (şeirlər) kitabları işıq üzü görüb.
50-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Beynəlxalq "Rəsul Rza" mükafatı laureatıdır.