Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artıb

Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artıb

25-03-2021 13:11 / Bu xəbər 507 dəfə oxundu

Respublika Narkoloji Mərkəzində hazırda 33 min 788 şəxs qeydiyyatdadır.

Bunu Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib.

"Onlardan 618-i qadındır. 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arasında isə 12 min 969 nəfərdir. Qeyd edim ki, ötən il bu rəqəm 32 min 921 olub. Amma bu artımı respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu, Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni, biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk", - P.Məmmədov əlavə edib

Amma bəzi ekspertlər narkotik maddə istifadəçilərinin sayı ilə bağlı bu rəqəmə şübhə edirlər. Həmin ekspertlər deyirlər ki, onların sayı daha çoxdur: "Sadəcə, bir çoxları heç qeydiyyata düşməyiblər".