Qeyri-neft sektorunun inkişafı nə vəd edir?

Qeyri-neft sektorunun inkişafı nə vəd edir?

24-01-2015 14:52 / Bu xəbər 1121 dəfə oxundu

“Azərbaycan iqtisadiyyatı kənar faktorlardan asılıdır”. 

Bu sözləri axar.az-a açıqlamsında iqtisadçı alim Qubad İbadoğlu deyib. 

Onun sözlərinə görə, ümumdaxili məhsulun formalaşmasında qeyri-neft sektorunun payı təxminən 60 faizə qədər artıb: “Qalan 40 faizi isə neft-qaz sektoru təşkil edir. Bu da, təbii ki, Azərbaycanda qeyri-neft sektorunun neft sektorunu üstələməsi deməkdir”. 

Q. İbadoğlu ümumdaxili məhsulda neft-qaz sektorunun 40 faiz payı olmasını da kifayət qədər yüksək göstərici hesab edib: “Bu, Azərbaycan iqtisadiyyatını kənar faktorlardan asılı vəziyyətə salıb. Bu baxımdan qeyri-neft sektorunun inkişaf səviyyəsi daha yüksək olmalıdır. İqtisadiyyatın liberallaşdırılması və modernləşdirilməsinə daha çox ehtiyac var. İqdisadiyyat azad olmalıdır”.

Mütəxəssis dünya bazarında neftin ucuzlaşmasının Azərbaycanın makroiqtisadi göstəricilərinə təsiri olduğunu bildirib: “Ümumdaxili məhsulun artım tempi aşağı düşür və manatın sabitliyi üçün təhlükələr yaranır. Digər tərəfdən sahibkarlıq səviyyəsinə təsir edir - inşaat bazarlarına sifarişlər azalır, ailə büdcələrinin strukturu dəyişir. Bu baxımdan təsirlər var və bu təsirlər ciddi şəkildə gəlirlərlə xərclər arasındakı tarazlığı pozur”.

Arqument.Az