Qəzaya düşən təyyarənin ilk görüntüləri - FOTO/VİDEO

Qəzaya düşən təyyarənin ilk görüntüləri   - FOTO/VİDEO

24-01-2015 23:17 / Bu xəbər 1405 dəfə oxundu

"Germanwings" avia şirkətinə məxsus Airbus A320-i təyyarəsinin qəzadan sonra qırıntılarının ilk görüntüləri yayılıb. 

Anspress-in məlumatına görə, hazırda xilasedicilər hadisə yerində çalışır.

Təyyarənin ən böyük qırıntılarının minik avtomibili ölçüsündə olduğu bildirilir. 

"Airbus A 320" təyyarəsində 142 sərnişin, 6 heyət üzvü olub. Məlumata görə, qəzadan öncə təyyarə həyəcan siqnalı göndərib. 

Qeyd edək ki, "Airbus A 320" təyyarəsi Fransanın cənubunda qəzaya düşüb. Sərnişin təyyarəsində 2 pilot, 4 ekipaj üzvü və 142 sərnişin olub. Təyyarə ucuz bilet satan və Lufthanzanın alt markası olan "Germanwings" adlı hava yolu şirkətinə aiddir. Təyyarə 1991-ci ildə istehsal olunub.