Qəzaya uğrayan təyyarədə 154 nəfər olub - YENİLƏNİB

Qəzaya uğrayan təyyarədə 154 nəfər olub   - YENİLƏNİB

24-01-2015 22:36 / Bu xəbər 1274 dəfə oxundu

Bu gün Fransada “Airbus A320” sərnişin təyyarəsi qəzaya uğrayıb. 

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, qəza ölkənin cənubundakı Yuxarı Alp Provansı departamentində baş verib.

“German Wings” şirkətinə məxsus təyyarə Barselonadan (İspaniya) Düsseldorfa (Almaniya) uçurmuş.

Mülki Aviasiya Agentliyindən verilən xəbərə görə, təyyarədə 142 sərnişin və 6 ekipaj üzvü olub. Onların taleyindən heç bir xəbər yoxdur. Xilasetmə briqadaları dərhal hadisə yerinə göndərilib.

Fransa rəsmiləri də faktı təsdiqləyib. Baş nazir qəzadan təəssüfləndiklərini bildirib.

Fransa prezidenti Fransua Olland isə deyib ki, qəzanı təsdiqləyən fotoşəkillər oradan kiminsə sağ çıxa bilməsini istisna edir.

***

Qəzaya düşən sərnişin təyyarəsi ilə bağlı son məlumatlar açıqlanıb. Anspress-in məlumatına görə, Fransanın cənubunda qəza edən təyyarənin Alp dağlarına çırpıldığı təsdiqlənib. Ölkənin cənubunda Barselonnett şəhəri yaxınlığında təyyarənin qalıqları da aşkarlanıb. 


Təyyarə Bakı vaxtı ilə saat 13:40-da radardan itib. Fransa baş naziri Manuel Vals bədbin açıqlama verərək sərnişinlərin qəzadan xilas olmadığını söyləyib. Ancaq hələlik bu məlumat dəqiqləşməyib.

***

"Qəzaya düşən "Airbus A320" sərnişin təyyarəsində 148 deyil, 154 nəfər olub”. Aznew.az-ın məlumatına görə, bu haqda məlumatı Fransanın nəqliyyat naziri Alan Vidali yayıb. Bu faktı “France24” təsdiq edib. 

Alınan son informasiyaya görə, 1991-ci ildə istehsal edilən təyyarə havada olarkən hündürlüyü itirib və qəzaya düşüb. Qəzanın yerli vaxtla saat 10.47 radələrində - təyyarənin havaya qalxmasından 46 dəqiqə sonra baş verdiyi deyilir. 

Təyyarənin qəzaya düşdüyü yerin yaxınlığında cəsdlərin qoyulması üçün morq hazırlanıb. Xilasedicilərin sözlərinə görə, qəza yerində təyyarənin çoxlu qalıqları və cəsədlər var. 

***

Qəza zamanı ölənlər arasında 45 ispanın da olduğu dəqiqləşdirilib. Bu haqda İspaniyanın baş nazirinin müavini deyib.

Təyyarədə həmçinin türk sərnişinlər də olub. Bu barədə məlumatı Fransa Prezidenti Fransua Olland verib: “Germanwings” hava yollarına məxsus 4U 9525 saylı təyyarədə türk sərnişinlər də var. Ətraflı araşdırma aparılır. Həlak olanların say və kimliyi barədə məlumat veriləcək”.

Arqument.Az