QHT Şurasının üzvü: "Araik Arutyunyan “müdafiə ordusu”nu ləğv etmək istəyir"

QHT Şurasının üzvü:

21-10-2021 17:26 / Bu xəbər 365 dəfə oxundu

Arutyunyanın mətbuat katibi: "Müdafiə ordusu Dağlıq Qarabağın əsas qarantlarından biri olub və olaraq da qalacaq”

"Dağlıq Qarabağ Respublikasını prezidenti” Araik Arutyunyanın ərazidəki "ordu”nu ləğv etmək niyyətində olduğu söylənib. 

Bu barədə Ermənistan parlamentində "Şuşanı zorla tərk etmiş erməni əhalisi” QHT Şurasının üzvü Aşot Arutyunyan bildirib.

"Mən ondan soruşdum: "Sənə bu hüququ kim verib?”. O isə "azərbaycanlılar tələb edir” cavabını verdi” - Aşot Arutyunyan deyib.

Onun sözlərinə görə, bu bəyanatdan hiddətlənib və Araik Arutyunyana deyib: "Azərbaycanlılar çox şey istəyirlər. Qoy başlarını divara çırpsınlar. Sən bizim ordumuzu qoruyub saxlamalısan”.

Aşota Arutyunyanın sözlərinə görə, əgər Ermənistan Qarabağın müstəqilliyini vaxtında tanısaydı, Azərbaycanla müharibədən də qaçmaq olardı.

Aşot Arutyunyan
Mənbə: https://news.am/

"DQR prezidenti”nin mətbuat katibi Lusine Avanesyan isə deyilənləri yalanlayıb. O bildirib ki, Araik Arutyunyan "Müdafiə ordusu”nu ləğv etmək niyyətində deyil və onun adına söyləmədiyi sözləri yazırlar.

Avanesyanın sözlərinə görə, Aşot Arutyunyanın dedikləri həqiqətəuyğun deyil: "Müdafiə ordusu Dağlıq Qarabağın əsas qarantlarından biri olub və olaraq da qalacaq”.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan "Dağlıq Qarabağ Respublikası” adlı qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.