“Qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, yenə də ziyanla işləyəsən”

“Qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, yenə də ziyanla işləyəsən”

18-05-2022 12:40 / Bu xəbər 3587 dəfə oxundu

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən – söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir”.

Bunu öz feysbuk səhifəsində iqtisadçı Natiq Cəfərli yazıb.

O qeyd edib ki, AZAL son maliyyə hesabatını açıqlayıb, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub: "Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 milyard manat borcu da var. Əsas borc dövlətə, Maliyyə Nazirliyinədir”.

Natiq Cəfərli hesab edir ki, AZAL bu vəsaiti nazirliyə qaytarmayacaq: "Yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da. Bir müddət sonra borclar silinəcək”.