Qlobal istiləşmə: bəzi ölkələr Yer üzündə silinmək təhlükəsiylə üzləşib

Qlobal istiləşmə: bəzi ölkələr Yer üzündə silinmək təhlükəsiylə üzləşib

11-08-2021 18:01 / Bu xəbər 553 dəfə oxundu

Dünya miqyasında temperaturun 1,5 dərəcə artması Sakit okeanındakı bəzi ada dövlətləri üçün fəlakətli ola bilər. 

Bu barədə "The Guardian" nəşri məlumat yayıb. 

Qlobal istiləşmə ilə bağlı tədqiqatlar aparan ekspertlərin sözlərinə görə, sözügedən regionun ölkələri uzun müddətdir ki, güclü dəniz qabarmalarından, kəskin siklonlardan, davamlı quraqlıqlardan və içməli suyun şorlaşmasından əziyyət çəkirlər.

Bundan əlavə, bir çox adalar dünya okeanının səviyyəsinin qalxması üzündən suyun altına qərq olurlar. Alimlər planetin istiləşməsi tendensiyasına görə bu kataklizmlərin daha tez-tez baş verdiyini söyləyirlər. 

"Çox güman ki, Sakit okean adaları qlobal istiləşmədən başqalarından daha çox zərər görəcəklər... Bu ona səbəb olacaq ki, Kiribati, Vanuatu və Solomon adaları yaşayış üçün əlverişsiz olacaqlar”, -  "Greenpeace Australia Pacific" təşkilatının tədqiqatlar şöbəsinin rəhbəri Nikola Kazule "Guardian” nəşrinə açıqlamasında söyləyib.