Qorbaçov beynəlxalq məhkəməyə verilir...

Qorbaçov beynəlxalq   məhkəməyə verilir...

15-01-2015 19:27 / Bu xəbər 1402 dəfə oxundu

Qorbaçovun beynəlxalq məhkəməyə verilməsi tələb olunub

Ukraynanın Sumı şəhərində 20 Yanvar faciəsində birbaşa əli olan Mixail Qorbaçovun beynəlxalq məhkəmə qarşısında cavab verilməsi tələb olunub.

Arqument.az Aktual.az-a istinadən xəbər verir ki, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Ukraynanın bir sıra şəhərlərində 20 yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı silsilə tədbirlərin keçirilməsinə başlanılıb. 

Tədbirdə Sumı şəhərində Sumı Vilayətinin qubernatoru Nikalay Kluçko, Sumı vilayətinin elm və ictimai xadimləri, deputatlar diplomatik korpusların nümayəndələri və bir sıra xalqların diaspora təmsilçiləri iştirak edib. 

20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq səlnaməsi adlandıran fəxri konsul Əfqan Salmanov keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılması vacibliyindən danışıb. 

Anım mərasimində çıxış edən Sumı Vilayətinin deputatı Valeri Tolbatov ,tarixçi alim Anatoli Qonçarenko ,Ukrayna Azərbaycanlıları Konqresinin Sumı Vilayət təşkilatının sədri Mehriban Salmanov və digər şəxslər aradan 25 il ötməsinə baxmayaraq  20 Yanvar faciəsini törətmiş insanlar haqqında heç bir ölçü götürülməməsini tarixi saxtakarlıq kimi qiymətləndiriblər.

Bu faciənin tək Azərbaycan xalqı üçun deyil , ümumilikdə, insanlığa yönəlik bəşəri cinayət adlandıran natiqlər 1990-cı ildə Azərbaycan xalqına qarşı hərbi siyasi güc tətbiq edən Mixail Qorbaçov və o dövürki rəsmi kremlin beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb ediblər.

Anım mərasimində Azərbaycanın dövlət müstəqilliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirələri böyük ehtiramla yad edilib. 20 Yanvar faciəsinin 25-ci il dönümü ilə bağlı Azərbaycan xalqına baş sağlığı ünvanlanıb.

Arqument.az