"Qorxmaz Hüseynov rüşvət ittihamı ilə işdən qovulan tələbə yoldaşına vəzifə verib"

21-05-2019 12:36 / Bu xəbər 1266 dəfə oxundu

Qorxmaz Hüseynov rüşvət alma ittihamı ilə işdən qovulan və barəsində cinayət işi açılan tələbə yoldaşını Mingəçevir Sukanal İdarəsinə rəis qoyub.

Bu barədə arqument.az-a Mingəçevirdən məlumat verilib.

Məlumata görə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ötən ay Mingəçevir Sukanal İdarəsinin rəisini işdən çıxarıb. 

Onun yerinə isə korrupsiya ittihamı ilə işdən kənarlaşdırılan tələbə yoldaşı Maarif Məmmədovu təyin edib. 

Məlumatda deyilir ki, Maarif Məmmədov bir necə il öncə Mingəçevir Sukanal İdarsinin rəis müavini işləyərkən bır sıra obyektlərdən rüşvət alıbmış: "Daha doğrusu, "Zərif" şadlıq sarayının sahibi Nəriman adlı şəxsən rüşvət aldığı üçün barəsində cinayət işi açılıb. Hazırda da istintaq davam edir. Amma Qorxamaz Hüseynov barəsində cinayət işi açılan adamı əvvəlcə Bakı Sukanal İdarəsində məsul vəzifəyə gətirdi, indi isə Mingəçevir Sukanal İdarəsinin rəis qoyub".

Maarif Məmmədov Arqument.az-a açıqlamasında vəzifəyə təyin olunmasını təsdiqləyib və açılan cinayət işinin ona aid olmadığını deyib.