Qorxmaz Hüseynovun oğlunun "Haramı" bağları - FOTO

Qorxmaz Hüseynovun oğlunun

11-08-2020 10:13 / Bu xəbər 1284 dəfə oxundu

"Azərsu” sədri Qorxmaz Hüseynovun oğlu Araz Hüseynli Füzuli rayonunun Haramı ərazisində 2700 hektar ərazini ələ keçirib.

Bu fikirləri araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb.

"20 ildən bəri o torpaqlar üzərində sahiblik hüququ olan sahibkarların səslərini eşidən belə olmayıb, icra başçısı həmin əraziləri öz marağından və kefindən o adamların əlindən alıb Natural Aqro MMC-yə verib. Heç kimdən və heç nədən qorxmayan Qorxmaz əfəndi "Azərsu”nun resurslarını oğlunun təsərrüfatlarında bütün gərəkli infrastrukturları yaratmağa səfərbər edib, yeraltı su boruları çəkdirib, müasir pivot suvarma sistemi quraşdırıb, nasosxana və hidratlar qurdurub, Yuxarı Mil kanalının suyunu Haramı düzünə – oğlunun əkin sahələrinə və badam bağlarına yönəldib”, - deyə C.Həsənli bildirib.