Qorxmaz Hüseynovun idarə rəisi işləyən qardaşının milyonluq mülkləri

Qorxmaz Hüseynovun idarə rəisi işləyən qardaşının milyonluq mülkləri

15-09-2021 16:27 / Bu xəbər 1582 dəfə oxundu

Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı yenidən ölkə başçısına müraciət edib. 

Bu barədə Arqument.az-a Elnur İsmayılov özü məlumat verib.

O, əvvəllər də Qorxmaz Hüseynovun SOCAR -ın Geologiya və Geofizika idarəsinin rəis müavini işləmiş qardaşı Faiq Hüseynovla bağlı şikayət edib və onun 20 milyon manata yaxın vəsiti taladığını deyib, amma Faiq Hüseynov onun bu iddialarına heç bir cavab verməyib. 

Şikayətçi bu dəfə isə Faiq Hüseynovun mülklərinin siyahısını və fotogörüntülərini yayıb. O bildirib ki, Faiq Hüseynov taladığı 20 milyon manatın hesabına bu mükləri əldə edib.

Şikayətlə bağlı Qorxmaz və Faiq Hüseynov qardaşlarından açıqlama almaq mümkün olmayıb. 

Həmin mülklərin görüntülərini təqdim edirik: