Qırğızıstanda seçkilərin nəticələri ləğv olundu

Qırğızıstanda seçkilərin nəticələri ləğv olundu

06-10-2020 15:26 / Bu xəbər 1047 dəfə oxundu

Qırğızıstanın Mərkəzi Seçki Komissiyası 4 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini ləğv edib.
 
Bu barədə "RİA Novosti” məlumat yayıb.
 
Xeyli sayda müxalifət tərəfı seçkilərdə qanun pozuntusu və saxtakarlığa yol verildiyi iddiası ilə küçələrə çıxıb. 

"Ria Novosti"nin verdiyi məlumata görə, etirazçılar kütləvi iğtişaşlar təşkil etməkdə şübhəli bilinərək həbs olunmuş Fərid Niyazovu (Prezident Administrasiyasının keçmiş rəhbəri) Bişkekdəki istintaq təcridxanasından azad etdiblər.

Səhiyyə Nazirliyinin məlumatına görə, Qırğızıstandakı toqquşmalarda yaralananların sayı 590-a çatıb, bir nəfər ölüb.  

İşgəncələrin qarşısının alınması Mərkəzindən "RİA Novosti”yə bildirilib ki, toqquşmalar zamanı 190 təhlükəsizlik işçisi yaralanıb.///Toplum.Tv