Qubad İbadoğlu Arif Hacılı ilə görüşdü

Qubad İbadoğlu Arif Hacılı ilə görüşdü

02-08-2019 12:49 / Bu xəbər 1577 dəfə oxundu

Azərbaycan Demikratik Rifah Hərəkatının sədri Qubad İbadoğlu Müsavat başqanı Arif Hacılı ilə görüşüb.

Bu barədə Qubad İbadoğlu feysbukda yazıb.

"Müsavat Partiyasının başqanı Arif Hacılı ilə söhbətimiz gözlənildiyi kimi deyil, yüngül keçdi. Bununla siyasi partiyalarla görüşlərin ilk raundu başa çatdı və bəlli oldu ki, Azərbaycanın dövləti və milli maraqlar naminə nəinki görüşmək, hətta birləşmək də mümkündür", - Qubadoğlu qeyd edilib.

Qeyd edək ki, Qubad İbadoğlu bir müddət öncə ABŞ-dan qayıdıb və o, müxalifət partiyalarının rəhbərləri - AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, ReAl sədri İlqar Məmmədov, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq müstəntiq Rüfət Səfərov və bir sıra ictimai aktivlərlə görüşlər keçirib.