Qubad İbadoğlu: “Jurnalistlərin binasına nə qədər vəsait xərclənib?”

Qubad İbadoğlu: “Jurnalistlərin binasına nə qədər vəsait xərclənib?”

22-07-2021 01:32 / Bu xəbər 4513 dəfə oxundu

Jurnalistlər üçün tikilmiş 3-cü bina yenə mənzil bölgüsü mövzusunu gündəmə gətirib.

Bu dəfə "Mənzillər mətbuat işçilərinə, yoxsa müharibə iştirakçılarına verilsin?” sualı ətrafında mübahisə gedir.

ADR Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu isə məsələnin başqa tərəfinə toxunub: "Hazırda jurnalistlər üçün nəzərdə tutulan üçüncü binadakı mənzillərin necə bölüşdürülməsinə dair müzakirələr gedir. İyulun 22-də bu suala son qoyula bilər. Təəssüf ki, bu binaya nə qədər vəsait xərclənməsi və onun hardan, necə maliyyələşməsi müzakirə mövzusu deyil” - İbadoğlu öz "Feysbuk” hesabında belə yazıb.

O xatırladıb ki, "2013-cü ildə jurnalistlərə verilən 156 mənzildən ibarət 17 mərtəbəli yaşayış evinin tikintisinə 22 milyon manat, 2016-cı ildə jurnalistlərə verilən 17 mərtəbəli, lakin əvvəlkindən fərqli olaraq 255 mənzilli binanın tikintisinə 21 milyon manat xərcləndiyi bildirilir. Bu mənzillərin tikintisində korrupsiyaya yol verildiyinə görə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru həbs olunub”.

Ekspert bununla bağlı daha bir məqama diqqət çəkib: "Bəs görəsən, istifadəyə hazır olan 255 mənzilli 17 mərtəbəli üçüncü binanın tikintisinə nə qədər vəsait xərclənib?