"Elman Rüstəmov məsuliyyətə cəlb olunmalıdır" - Millət vəkili

"Elman Rüstəmov məsuliyyətə cəlb olunmalıdır"   - Millət vəkili

21-01-2015 13:45 / Bu xəbər 4124 dəfə oxundu

"Ciddi bahalaşma olacaq. Bu addımın atılması qiymətlərə ciddi şəkildə təsir göstərəcək".

 Arqument.Az xəbər verir ki, bu fikirləri Aktual.az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. O qeyd edib ki, Mərkəzi Bankın dolların bahalaşması ilə bağlı verdiyi qərar həm banklara, həm də digər sahələrə çox mənfi təsir göstərəcək: "Belə bir qərarın verilməsi gözlənilən deyildi. Bizim də Mərkəzi Bankla danışıqlarımız olmuşdu. Gözlənilirdi ki, ilin axırına qədər yumşaq devolvasiya gedəcək. Birdən-birə gecə qərar verilməsi gözlənilən deyildi. Bu addım problemli kreditlərin həcminə böyük təsir göstərəcək. Banklar ziyan çəkəcək. Ciddi qiymət bahalaşması gözlənilir.

İqtisadiyyat və Sənaye Nazirliyi hər gün monitorinqlər keçirməlidir. Elman Rüstəmov məsuliyyətə cəlb olunmalıdır. 

Digər MDB məkanında valyuatanın uculaşması başadüşüləndir. Amma bizə məlumat verilmişdi ki, belə bir qərar olmayacaq. Hətta ölkə başçısı 1 manatın avroya bərabər olması ilə bağlı göstəriş vermişdi. Məsələni Milli Məclisdə qaldıracağıq". 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb. Bu göstərici ötən gün ilə müqayisədə 30 qəpik və ya 33,8% artım deməkdir. 

Arqument.Az