"Google" Krım istifadəçilərinin hesabını bağladı
23-01-2015 19:38 / Bu xəbər 1486 dəfə oxundu
"Google" Krımda qeydiyyatdan keçmiş istifadəçilərinin hesablarının bağlanması haqqında məlumat verib. Pul vəsaitinin çıxarılması isə mümkün deyil.
“Google AdSense” istifadəçilərinə ünvanlanmış məktubda deyilir ki, "Google" Krım ərazisində qeydiyyatdan keçmiş istifadəçilərin hesabını bağlayıb və hesabdakı məbləği ödəyə bilməyəcək.
Xatırladaq ki, Barak Obamanın 2014-cü il dekabr tarixli sərəncamına əsasən, Amerika şirkətləri 1 fevral 2015-ci ilədək Krıma mal, xidmət və texnologiya təchizatını dayandırmalıdırlar.(Axar.az)
Arqument.az












