"Ölkə 2 milyard dollar itirəcək" - Natiq Cəfərli

"Ölkə 2 milyard dollar itirəcək"   - Natiq Cəfərli

04-01-2014 17:53 / Bu xəbər 1116 dəfə oxundu

İqtisadçı ekspert şok rəqəmlər açıqladı

"1) Dünən Səudiyyə Ərəbstanı ABŞ və Asiya ölkələrinə satdığı neftə özəl endirim edib (artıq 2-ci dəfə).

2) Çində böyümə son 10 ilin ən aşağı həddinə düşüb, 

3) İranla danışıqlar son mərhələdədir, çox güman, ilin sonuna qədər embarqolar zəifləyəcək və İran neftinin bazara çıxışı asanlaşacaq, 

4) Rusiya aqressivliyini artırır, Ukrayna ilə yeni toqquşmalar, deməli, Rusiyaya qarşı yeni sanksiyalar gözlənilir, təsir rıçaqlarından biri də - neftin qiymətidir (başqa fundamental səbəblər də var, uzatmaq istəmirəm)".

Arqument.az xəbər verir ki,  bunu REAL-ın İcra Katibi, iqtisadçı Natiq Cəfərli neftin qiyməti büdcə layihəsində nəzərdə tutulan baza qiymətindən daha da ucuzlaşacağı təqdirdə ölkə iqtisadiyyatının itkilərini "Facebook" üzərindən şərh edib. 

İqtisadçının gəldiyi nəticə budur: 

" Bu gün ABŞ-da neftin qiyməti 76,34 dollara, Londonda Brent markalı neftin qiyməti isə 82,18 dollara (bu saata olan online məlumatlardır) düşüb. Xatırladıram ki, bu gün Milli Məclisin komissiyaları 2015 Dövlət Büdcəsinin müzakirəsinə başlayıblar, büdcə layihəsində neftin baza qiyməti 90 dollar götürülüb, onu da deyim ki, birjalarda neftin hər 1 dollar ucuzlaşması, Azərbaycan üçün 9 baza qiymətindən aşağı olanda) gündə 600 min dollar itki deməkdir. Yəni gələn il ortalama qiymət 80 dollar olsa (gözləntilər belədir, hətta, 60 dollara qədər enmə ehtimalı da var), ölkə hər gün 6 milyon, ayda 180 milyon, ildə isə 2 mlrd. dollardan çox vəsait itirəcək. 22 ildir çoxşaxəli, rəqabətli, azad iqtisadiyyat qura bilmədilər, düşündülər ki, həmişə belə kef olacaq, nefti ingilis 5-6 dollara çıxardacaq, 2-3 dollara daşıyacaq, 110-120 dollara satacaq, pulunu da gətirib bunlara verəcək, özü də, gündə 1 milyon barel hesabı ilə. İndi hasilat da düşüb, qiymət də, işləmək lazımdır, amma, hökuməti neft pulları elə tənbəlləşdirib ki, tərpənmək belə istəmirlər...". 

Arqument.az