"Qızıl Quyu" firmasında qeydiyyatsız əcnəbilər çalışır? - İDDİA
24-01-2014 16:40 / Bu xəbər 1835 dəfə oxundu
Bir çox özəl müəssisələr yerli kadrlardan imtina edərək xarici vətəndaşların əməyindən istifadə edirlər.
Burada bir neçə amil rol oynayır ki, bunların da ən başlıcası peşəkkarlıqdır. Şirkət rəhbəri yerli kadra verdiyi əmək haqqından bir qədər artıq pul verərək öz işini keyfiyyətli olmağı xatirinə və gəlirinin yüksək və zəmanətli olması üçün əcnəvi vətəndaşın əməyindən bəhrlənirlər.
Aktual.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, "Ayan" MMC-nin tərkibində olan "Qızıl Quyu" ticarət nişanı ilə limonad istehsal olunan müəssisədə əcnəbi vətəndaşlar çalışır və bunların heç birinin Dövlət Miqrasiya Xidmətindən icazəsi yoxdur. Hətta bu şəxslər şirkətdə mühüm vəzifə tuturlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsində qeyd olunur:
Maddə 13. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi
1. Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.
2. Qanunda nəzərdə tutulmuş hallar istisna olunmaqla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
3. Əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.
4. İşəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri, onlara qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazə verildikdən sonra işə cəlb edə bilərlər.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov Aktual.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının müəyyən etdiyi kvota çərçivəsində əcnəbini işə götürmək üçün Dövlət Miqrasiya Xidmətindən rəsmi icazə alınır:
"Onlar da öz növbəsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə razılaşdırıldıqdan sonra bu icazəni verirlər. Bu qaydaların pozulmasına görə, hüquqi şəxslərə 35 min manata qədər inzibati cərimə nəzərdə tutulub. Dünyanın 90-a yaxın öləkəsinən Azərbaycanda işləmək üçün miqrantlar gəlir. Bunların çoxunu Gücüstandan olan həmyerlilərimiz təşkil edir. Bu sahədə əvvəl çox özbaşınlaıq idi. Ancaq yenə də problıem böyük olaraq qalır. Hələ də qanunları pozaraq icazəsiz əcnəbi vətəndaşları işəgötürən iri şirkətlər var".
"Ayan" MMC ilə əlaqə saxlayıb məsələyə münasibət öyrənmək istəsək də zənglərimizə cavab verən olmadı. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib dərc edəcəyik...
Arqument.az












