Qurban Məmmədovun beşmərtəbəli obyekti sökülür - Fərzəliyev və "kassa Nurlan" üçün həbs təhlükəsi

Qurban Məmmədovun beşmərtəbəli obyekti sökülür - Fərzəliyev və

06-09-2020 01:19 / Bu xəbər 2791 dəfə oxundu

Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür.

Bu barədə APA-nın hadisə yerində olan müxbiri məlumata verib.

Məlumata görə, tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək. 

Beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib.

Mənzilləri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin verdiyi də iddia olunur.
 
Onun bu obyekti Əli Həsənov və Ramiz Mehdiyevin tapşırığı ilə Məmmədova verdiyi bildirilir. 

İşin icraçıları arasında icra başçısının müavini Şahmar İbadovun da adı hallanır. 

Məlumata görə, Abdin Fərzəliyev özünü və "kassa"sı Nurlan Həsənovu qorumaq üçün məsuliyyəti Şahmar İbadovun üstünə atmağa çalışır. Lakin yaxın günlərdə Abdin Fərzəliyev və Nurlan Həsənovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilir.