Qurban Qurbanovdan qadağa

Qurban Qurbanovdan qadağa

27-10-2021 18:39 / Bu xəbər 1543 dəfə oxundu

"Qarabağ” futbolçularına media ilə ünsiyyətə qadağa qoyub.

Qol.az-ın yaydığı xəbərinə görə, baş məşqçi Qurban Qurbanovun qərarına əsasən, bu qadağa noyabrın 4-də Konfrans Liqasının 4-cü turunun "Kayrat”la Qazaxıstandakı oyununa qədər davam edəcək. 

Klubun mətbuat xidmətindən o dövrə qədər jurnalistlərdən müsahibə üçün müraciət etməmək və buna anlayışla yanaşmaq xahiş olunub. 

Belə bir qərarın verilməsinə səbəb kimi futbolçuların bütün fikrinin bu həftə "Neftçi” ilə Premyer Liqada keçiriləcək oyuna və Konfrans Liqasında "Kayrat”la  görüşə yönəlməsinin vacibliyi göstərilib.